İdeal yatmaq QAYDASI

 14:20 14.06.2023     691

Dietoloq Əli Ramazan deyir ki, sol böyrü üstə yatmaq mədə və bağırsaqlar üçün faydalıdır.

Redaktor.az xəbər verir ki, bu barədə "Huffington Post" nəşri ondan sitat gətirib.

Mütəxəssisin fikrincə, əgər sol böyrü üstə yatsanız, mədə və mədə şirəsi qida borusunun altında qalır və bununla da ürək yanması və həzmsizlik riski azalır.

"Bu poza həm də beldəki təzyiqi aradan qaldırır . Hamilə qadınlar üçün idealdır, çünki ürək, döl və böyrəklər arasında qan axını yaxşılaşdırır", - Ə. Ramazan əlavə edib.

O, xoruldayan, həzm problemi olan və ya təzyiqi yüksək olan insanlara da gecələr sol böyrü üstə uzanmağı məsləhət görüb.

Dietoloq sağ böyrü üstə yatmağı isə, ürək xəstəliyi olanlar üçün xeyirli adlandırıb və arxa üstə yatmağın da onurğa sütununu gücləndirdiyini qeyd edib.

Qeyd edək ki, əvvəllər duruş korreksiyası üzrə mütəxəssis Ceyms Leyinhard insanları qarın üstə yatmağı dayandırmağa çağırıb.

Arzu İSMAYIL