Bu suyu içməyin - XƏBƏRDARLIQ

 16:27 14.06.2023     874

İsti kran suyu içmək, tərkibindəki çirklərə görə insan orqanizmi üçün təhlükəli ola bilər.

Redaktor.az "News.ru"ya istinadla xəbər verir ki, bu barədə ekoloq, tibb elmləri doktoru Sergey Qildenskiold xəbərdarlıq edib.

Mütəxəssis bildirib ki, isti su soyuq sudan fərqli olaraq istiliklə kombinə edilib və elektrik stansiyalarında isti su başqa, soyuq su başqa yoxlanışdan keçir. Duş qəbul etmək, çimmək və ya qızdırmaq üçün uyğunlaşdırılır. Bununla belə, tərkibində daha çox çirklər, o cümlədən, böyrəklərə mənfi təsir göstərən dəmirlər var.

Ekoloq qeyd edib ki, qaynar suyu filtrlərdən istifadə edərək içməli keyfiyyətə qədər təmizləmək olar, lakin bu praktiki deyil və dəyişdirilə bilən isti su patronları olduqca bahadır, onlar vaxtında dəyişdirilməsə, çirklər təmizlənmiş suya daxil olur.

Mütəxəssis onu da əlavə edib ki, soyuq su yumşaq olduğundan və ciddi filtrasiyadan keçdiyindən içmək üçün daha əlverişlidir.

"Su təchizatı sisteminə daxil olmamışdan əvvəl, su təmizləyici qurğularda bir sıra göstəricilərə görə, ciddi təmizlənmədən keçir: orqanoleptik, mikrobioloji, fiziki-kimyəvi, ümumi sanitariya - böyük bir QOST var",- deyə Qildenskiold bildirib.

Arzu İSMAYIL