Nevropatoloq bu şəxsləri velosiped sürməməyə çağırdı

 01:02 16.06.2023     663

Daimi başgicəllənmə, baş ağrılarından əziyyət çəkənlər velosiped sürməyi dayandırmalıdırlar.

Redaktor.az "İzvestiya" nəşrinə istinadla xəbər verir ki, bu barədə tibb elmləri namizədi, nevropatoloq Yekaterina Demyanovskaya bildirib.

Onun sözlərinə görə, bu cür əlamətlər xizək sürərkən zədə riskini xeyli artırır, ona görə də bu halda mütəxəssis konsultasiyası lazımdır.

“Bundan başqa, velosiped sürmək tənəffüs və ürək-damar sistemlərini yükləyir. Bir şəxsə daim yüksək qan təzyiqi, ürək xəstəliyi və ya məsələn, bronxial astma diaqnozu qoyularsa, vəziyyətinizi ağırlaşdırmamaq üçün əvvəlcə həkimə müraciət etməlisiniz" - o, deyib.

Turan İSMAYIL