Həkim istidə dondurma yeməyin təhlükəsindən danışdı
İstidə dondurma yemək təhlükəlidir.
Redaktor.az "Komsomolskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə qastroenteroloq, tibb üzrə fəlsəfə doktoru Yekaterina Kaşux xəbərdarlıq edib.
Onun sözlərinə görə, istidə dondurma və soyuq içkilər qəbul edildikdə boğazın selikli qişasının dözə biləcəyi kəskin temperatur düşməsi faringit və ya laringitə səbəb ola bilər.
Həkim dondurmanın xırda-xırda, yavaş-yavaş yeyilməsini tövsiyə edərək, o zaman xəstələnmək şansının azalacağını qeyd edib.
Turan İSMAYIL