Həkim yaşıl çayın zərərlərindən danışdı

 03:26 16.06.2023     471

Yaşıl çayın tərkibində tanen var və mədə şirəsinin turşuluğunu artırır, ona görə də onu təkcə müəyyən xəstəlikləri olan insanlara deyil, hamilə qadınlara da içmək məsləhət görülmür.

Redaktor.az xəbər verir ki, bunu rusiyalı həkim Anna Sviridova "gazeta.ru"ya bildirib.

"Yaşıl çay hamilə qadınlar üçün tövsiyə edilmir, çünki tərkibindəki tanin dölün sinir sisteminin düzgün inkişafı üçün zəruri olan fol turşusunun sorulmasına mane olur", - həkim deyib.

Bundan əlavə, qastroenteroloq əlavə edib ki, yaşıl çay aşağı qan təzyiqi, dəmir çatışmazlığı anemiyası və osteoporozlu insanlara tövsiyə edilmir, çünki tanin də dəmir, kalsium və maqneziumun nazik bağırsaq tərəfindən sorulmasını ləngidə bilər.

Həmçinin bildirilir ki, yaşıl çay mədə şirəsinin turşuluğunu artırdığı üçün qastrit və mədə xorasından əziyyət çəkən xəstələrdə əks göstərişdir. Bundan əlavə, Sviridova yuxusuzluqla bağlı problemlərin qarşısını almaq üçün yatmazdan əvvəl yaşıl çay içməməyi tövsiyə edib.

Turan İSMAYIL