Dietoloq çiyələyin faydalarından danışdı
“Çiyələk immunitetə və insan gözəlliyinə faydalıdır”.
Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, bunu rusiyalı dietoloq Yelena Tixomirova deyib.
Onun sözlərinə görə, çiyələkdə çoxlu miqdarda lif var (100 q giləmeyvə üçün təxminən 2 q), buna görə yemək mədə-bağırsaq traktının hərəkətliliyini yaxşılaşdırmağa kömək edir.
“Çiyələk gözəlliyimizə, saçımıza, dırnaqlarımıza və dişlərimizə, həmçinin kollagen sintezinə cavabdeh olan silikonla zəngindir. 100 q çiyələkdə gündəlik üç normada silikon var”, - deyə həkim bildirib.
Həmçinin, onun sözlərinə görə, bu giləmeyvə aşağı kalorili olduğundan, arıqlamaq üçün pəhriz saxlayanlar üçün uyğundur.
Həmidə İBRAHİMLİ