Bu içkilər yayda təhlükəlidir – Susuzluq yaradır

 03:22 20.06.2023     402

Havanın yüksək temperaturu və isti havalarda həddindən artıq tərləmə susuzlaşmaya səbəb olur ki, bu da qəbizlik, yorğunluq, baş ağrıları, ümumi nasazlıq problemlərini artırır.

Redaktor.az xəbər verir ki, diyetoloq Mariya Aldoninanın sözlərinə görə, ağır hallarda susuzlaşma beyin, ürək və böyrəklərə ciddi ziyan vura bilər. İsti havalarda içkilərinizi diqqətlə seçin, bəziləri bədəndə təhlükəli susuzlaşmanın sürətli inkişafına kömək edə bilər.

Bunlar aşağıdakılardır:

Qazlı içkilər. Qazlı içkilərin əksəriyyətində kofein var ki, bu da sidik istehsalını artırır və orqanizmdən daha çox suyun çıxarılmasına səbəb olur.

Şərab, pivə və digər spirt. Hər hansı bir spirtli içki sidiyə çıxmaq istəyini stimullaşdırır və bədən rütubətini daha intensiv itirir. Alkoqol orqanizmdə suyun reabsorbsiyasından məsul olan vazopressin hormonunun istehsalını boğur və bu da daha tez-tez tualetə getməyə sövq edir.

Alkoqol və istinin birləşməsi bədən üçün çox təhlükəli ola bilər, çünki bədəni tez susuzlaşdırır. Bu susuzluq, başgicəllənmə və yorğunluq hissi ilə başlaya bilər. Lakin daha da ciddiləşə və qıcolmalara səbəb ola bilər.

Energetik içkilər. Bu içkilər kofein və bədəndə arzuolunmaz reaksiyalara səbəb ola biləcək digər kimyəvi maddələrlə doludur.

Nə içmək olar? Sudan əlavə süd yaxşı nəmləndirici təsirə malikdir. Süddə mədənin boşaldılması prosesini yavaşlatan yağlar və zülallar var (medicina.az).