Qabın rəngi arıqlamağa təsir edir - Neyropsixoloq

 09:58 20.06.2023     495

Düzgün rəngli boşqablardan istifadə edərək bir insan daha az yeməyə başlayıb zamanla arıqlaya bilər.

Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, bu barədə neyropsixoloq və klinik psixoloq İrina Xvinqiya bildirib.

Rəngin insanda müəyyən emosiyalar və assosiasiyalar doğurduğunu aşkar edən alimlərin qənaətlərini xatırladıb. Xüsusən də dizaynerlər interyer, loqo və paltar dizayn edərkən bundan istifadə edirlər.

Psixoloq bildirib ki, bəzi rənglər sakitləşdirir, bəziləri isə canlılığın artmasına səbəb olur. Bundan əlavə, rənglər iştahı artıra və azalda bilər. Xvinqiya hesab edir ki, boz qabların seçilməsi arıqlamağa kömək edə bilər.

“Boz daha az yemək və arıqlamaq istəyənlərə kömək edə bilər. Boz boşqab köhnəlmiş yeməklə əlaqələndirilir. Şüuraltı olaraq daha az yemək qoyacağıq və daha az yeyəcəyik”,- deyə o qeyd edib.

Mütəxəssisin fikrincə, qırmızı rəng əks təsir göstərə və iştahı artıra bilər. O, bir çox restoranların interyerdə qırmızı rəngdən istifadə etdiyini nəzərə almağa da çağırıb.

Arzu İSMAYIL