Dənizə yaxın olmaq sağlamlığı yaxşılaşdırır

 10:29 21.06.2023     357

Vyana Universitetinin alimləri müəyyən ediblər ki, dənizə yaxın yaşamaq və xüsusilə də tez-tez çimərliyə getmək ölkədən, şəxsi gəlirindən asılı olmayaraq daha yaxşı sağlamlıqla əlaqələndirilir.

Redaktor.az xəbər verir ki, araşdırma “Communications Earth & Environment” jurnalında dərc olunub.

Alimlər Avropanın 14 ölkəsində (Belçika, Bolqarıstan, Çexiya, Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Hollandiya, Norveç, Polşa, Portuqaliya, İspaniya, Böyük Britaniya, Avstraliya) 15 mindən çox insan arasında sorğu keçiriblər. İştirakçılar müxtəlif dəniz fəaliyyətləri və öz sağlamlıqları haqqında fikirlərini bölüşüblər.

Təhlil 15 ölkədə dəniz kənarında sağlamlıq və həyat arasında aydın nümunə göstərib. Bu tədqiqat ölkələrə gələcəkdə mənzil və nəqliyyat layihələrini inkişaf etdirməyə kömək edəcək.

Qeyd edək ki, okeana yaxın olmağın sağlamlığı yaxşılaşdıra biləcəyi fikri yeni deyil. Hələ 1660-cı ildə İngiltərədə həkimlər sahil boyu çimmək və gəzintiyə çıxmağa başlayıblar. XX əsrin əvvəllərində isə tibbdə texnoloji irəliləyişlər bu cür təcrübələrin azalmasına səbəb olub, lakin bu gün bu təcrübələr yenidən populyarlıq qazanmağa başlayır.

Arzu İSMAYIL