İnsanın qocalması öz-özünə dayana bilər

 02:23 22.06.2023     579

Uzun müddətdir ki, müəyyən bir yaşda bir insanın qocalıq mərhələsinə daxil olduğu qəbul olunmuşdu. Bildirilirdi ki, həmin yaşdan sonra insan xəstəliklər dövrünə qədəm qoyur.

Redaktor.az xəbər verir ki, lakin tədqiqatçılar ən yaşlı qrupların müasir nümayəndələrinə münasibətdə bu fikrin tamamilə yanlış olduğunu sübut ediblər.

Berklidəki Kaliforniya Universitetinin mütəxəssisləri Roma alimləri ilə birlikdə araşdırma apararaq müəyyən ediblər ki, klassik nümunələr bu gün çox yaşlı insanlar üçün işləmir.

Bu nəzəriyyələrə görə, ümumiyyətlə, dünyada belə insanlar olmamalı idi.

Amma reallıqda müasir dünyada çox ahıl yaşına qədər yaşayan insanlar çoxdur.

Xüsusilə, mütəxəssislər 19-cu əsrdə ortaya çıxan "Gompertz paylanması" kimi nümunəni artıq aktual hesab etmirlər.

Bu gün cəmiyyətin yaşlı təbəqəsi dinamik şəkildə çoxalır və bununla yanaşı, orta ömür uzunluğu da artır.

İnsanın ölüm riski yalnız müəyyən yaşa qədər eksponent olaraq artır. Sonra bu göstərici sabitləşərək dayanır.

Alimlər hesab edirlər ki, təxminən 80 yaşdan etibarən ölüm dinamikası qanunlara tabe olmağı dayandırır və 105 ildən sonra tamamilə "donur".

Tədqiqatçılar deyirlər ki, çox güman ki, insanların orta ömrü tezliklə 100 ildən çox olacaq.