Beynin qocalmasının qarşısını almağın yolları AÇIQLANDI

 10:14 25.06.2023     685

ABŞ-ın Minnesota Universitetinin alimləri yaşlı insanlarda beyin sağlamlığını inkişaf etdirmək üçün ən təsirli strategiyaları nəzərdən keçiriblər.

Redaktor.az "gazeta.ru"ya istinadla xəbər verir ki, araşdırma “The Lancet Healthy Longevity” jurnalında dərc olunub.

Tədqiqatçılar 2002-ci il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək “PubMed” verilənlər bazasında dərc edilmiş elmi məqalələri nəzərdən keçiriblər. Onlar müəyyən ediblər ki, hipertoniya, siqaret çəkmə, oturaq həyat tərzi və qeyri-kafi yuxu kimi müxtəlif faktorlar səbəbindən stresin yığılması zamanla beyni zədələyir. Bu stress beynin geri dönməz zədələnməsinə səbəb olur.

Bir çox araşdırmalar göstərib ki, kifayət qədər idrak ehtiyatı, beynin insult, xəsarət, xroniki xəstəliklər və ya yaşa bağlı dəyişikliklərdən sonra zədələnmənin öhdəsindən gəlmək qabiliyyəti beynin qocalmasını ləngidə bilər. Alimlər hesab edir ki, təhsil və sağlam həyat tərzi idrak ehtiyatının yığılmasına kömək edir.

Əksər beyin xəstəliklərinin uzun presimptomatik fazaları var ki, bu müddət ərzində aqressiv risk faktorları xəstəliyin inkişafının qarşısını almaq və ya yavaşlatmaq üçün idarə oluna bilər.

Beyinlə əlaqəli xəstəliklərin müalicəsi məhduddur və müəlliflər “lekanemab” dərmanını ən təsirli dərman kimi qeyd ediblər. Çünki qarşısının alınmasının ən təsirli müdaxiləsi kimi görünür. Yaşlı insanların sayının sürətlə artması ilə bütün dünyada nevroloji xəstəliklərin yükü də artır və sağlam həyat tərzini təşviq edən proqramlara çox ehtiyac duyulur.

Sağlam vərdişlərə misal olaraq elm adamları Amerika Ürək Assosiasiyasının (AMA) Həyatın Sadə Səkkizliyi konsepsiyasını təsvir ediblər və bu konsepsiyaya aşağıdakılar daxildir: adekvat yuxu, sağlam qidalanma, fiziki fəaliyyət, siqaretdən imtina, sağlam çəki saxlamaq, normal lipid və qan şəkəri səviyyələri və normal qan təzyiqi saxlamaq.

Arzu İSMAYIL