Həzm üçün ən zərərli səhər yeməyi

 03:33 06.07.2023     328

Dietoloq Liza Riçards həzm üçün ən zərərli səhər yeməyini açıqlayıb.

Redaktor.az lent.az-a istinadən xəbər verir ki, dietoloqun fikrincə, səhər yeməyi orqanizmi ehtiyac duyduğu qidalarla təmin edən vacib bir yeməkdir. 

Onun sözlərinə görə, yanlış səhər yeməyi qidalarının düzgün seçilməməsi iltihab və həzm problemləri kimi sağlamlıq risklərinə səbəb ola bilər:

"Yüksək şəkər qan şəkərinin səviyyəsini sürətlə artırır, ardınca isə kəskin azaldır ki, bu da iltihab və şişkinliyə səbəb olur. Həddindən artıq şəkər qəbulu həmçinin bağırsaq bakteriyalarının tarazlığını poza bilər. Şəkərli dənli bitkilər əvəzinə, tərkibi tam taxıllı qidalars üstünlük vermək lazımdır".