Alzheimer xəstəliyininə qarşı dərman təsdiqləndi

 10:18 07.07.2023     363

ABŞ Qida və Dərman İdarəsi ilk dəfə olaraq Alzheimer xəstəliyinin qarşısını alan dərmana tam icazə verib. 

Redaktor.az "Haber Türk"ə istinadən xəbər verir ki, dərmanın xəstəliyi 27 faiz yavaşlatdığı müəyyən edilib.

Alzheimer xəstəliyinin qarşısını alan "Leqembi" adlı dərman istifadə üçün tam təsdiqlənib.

Qeyd edək ki, Alzheimer Dərnəyinin məlumatına görə, ABŞ-da 65 və daha yuxarı yaşda olan 6,7 milyon insan Alzheimer xəstəliyindən əziyyət çəkir.

Humay İSGƏNDƏRLİ