Nazirlik uşaqlara ekzotik meyvələr verməməyi TÖVSİYƏ ETDİ

 16:06 12.07.2023     301

Səhiyyə nazirliyi ekzotik meyvələrdən qidada çox istifadə etməməyi tövsiyə edir.

Redaktor.az xəbər verir ki, nazirliyin mütəxəssis-eksperti Əkbər Quliyev izah edib ki, xarici ölkələrdə bitən meyvələr genetikamıza uyğun deyil.

“Məsələn, avokado, manqo kimi meyvələr bizim genetikamıza uyğun deyil. Buna görə bu məhsullardan çox qəbul etmək tövsiyə edilmir. Daha çox yerli və mövsümi meyvələrə üstünlük vermək lazımdır”, - deyə həkim qeyd edib.