Göygöldə bir nəfər göldə batdı

 16:59 17.07.2023     239

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Göygöl rayonu, Ağdağ qəsəbəsində 1 nəfərin (kişi) göldə batması barədə məlumat daxil olub.

Bu barədə Redaktor.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.