72 yaşlı bloger parlaq dəriyə sahib olmağın sadə sirrini açdı

 22:45 17.07.2023     232

Yaşından daha gənc görünən 72 yaşlı Miçiko adlı bloger dərisini cavan saxlamağın sadə sirrini açıb. 

Redaktor.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bloger bu barədə “The Sun” nəşrinə açıqlama verib.

Miçiko parlaq bədən dərisini quru fırça ilə masaj etməyə borclu olduğunu söyləyib.

"Bu metodun dərini parlaq edən və bədənə enerji verən aşındırma və qan dövranını artırmaq kimi faydaları olduğuna inanıram. Proseduru hər səhər iki-üç dəqiqə həyata keçirirəm. Masaja ayaqlardan başlayıb sinəyə qalxmağı və sonra bütün bədəni fırçalamağı tövsiyə edirəm", - deyə o, bildirib.

Humay İSGƏNDƏRLİ