Günəş kremləri dərini buna görə qorumurmuş

 00:33 25.07.2023     426

İnsanlar günəş kremindən dərilərinin müdafiəsi üçün istifadə etsələr də, bu, bir neçə yanlış istifadə qaydasına görə gözlənilən qədər özünü doğrultmur. 

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, Britaniyanın Kings College Universitetinin alimləri bu qənaətə gəlib.

Alimlərin araşdırmalarına əsasən, dəriyə çəkilən kremin layı çox qalın olmalıdır. Lakin istifadəçilər buna əməl etmirlər. 

Bir çox insan SPF kremlərdən elə istifadə edir ki, onun səmərəliliyi aşağı faizə düşür. Əslində əmsalı SPF 15 olan kremlərin təsiri günəş şüasından qorunmaq üçün kifayətli sayılsa da, təcrübədə əmsalı 30-50 arası olan daha güclü kremlərə ehtiyacın yarandığını üzə çıxır. 

Əslində isə Günəş şüası altında olan insan 6 çay qaşığından az olmayan miqdarda krem tətbiq etməlidir. Bu, hər sm dəri üçün 2 mq krem deməkdir. 

Kremin qurumaması üçün onu evdən çıxmamışdan 15-30 dəqiqə əvvəl çəkmək lazımdır. Lakin çıxandan sonra kremi təkrar tətbiq etmək lazımdır. 

Ümumiyyətlə kremi hər iki saatdan bir tətbiq etmək tövsiyə olunur.