Dietoloq düzgün səhər yeməyi üçün bunları məsləhət görür

 10:03 27.07.2023     504

Tərəvəzli omlet, meyvə və dənli bitkilərlə kəsmik səhər yeməyi üçün əla seçimdir.

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu rusiyalı dietoloq Yelena Tixomirova söyləyib.

"Yumurta sabah üçün ideal məhsuldur, çünki tərkibində lazımi balansda zülal və yağlar var. Səhər onları yemək orqanizmə lazım olan qidaları almağa kömək edir. Bundan əlavə, yumurtanın tərkibində olan zülal orqanizm üçün ən faydalı və asan həzm olunan protein mənbələrindən biridir. 

Kəsmik bədənimizin düzgün işləməsi üçün lazım olan tam süd zülalı və süd yağı ilə zəngindir. Təzə meyvələr isə səhər yeməyini vitamin və minerallarla zənginləşdirir",-deyə dietoloq söyləyib. 

Humay İSGƏNDƏRLİ