Hər gün günəbaxan tumu yemək zərərlidirmi?

 03:32 28.07.2023     407

Günəbaxan tumları bir çoxlarının sevimli çərəzidir. Elə insanlar var ki, demək olar onların qida rasionunu tumsuz təsəvvür etmək olmur. Kimisi qovrulmuş, kimisi də qovrulmamış tum sevir.

Redaktor.az lent.az-a istinadən bildirir ki, qovrulmamış tum almaq daha məsləhətdir. Çünki qovurma zamanı doymamış yağ turşuları bəzi faydalı xüsusiyyətlərini itirir.

Bəs, hər gün günəbaxan tumu yemək zərərlidirmi?

Diyetoloqlar gün ərzində 40 qramdan çox yeməməyi məsləhət görür. Belə ki, günəbaxan tumlarında çoxlu amin turşuları, antioksidantlar var. Onlar turşu-əsas və vitamin-mineral göstəriciləri baxımından balanslaşdırılıb.

Günəbaxan tumu çırtlamaq vərdişindən qurtula bilmirsinizsə, onu balqabaq tumu ilə əvəz etməyə çalışın.

Günəbaxan tumlarından fərqli olaraq onlar bir qədər az kalorilidirlər.

Günəbaxan tumlarında sinir sistemini rahatlaşdıran və stresslə mübarizə aparan çoxlu maqnezium var. Əgər sizi həqiqətən sakitləşdirirsə və yuxuya getməyə kömək edirsə, yatmazdan bir neçə saat əvvəl onları yeyə bilərsiniz.