Həkim yeməkdən sonra üzməyin təhlükələri barədə xəbərdarlıq ETDİ

 13:49 30.07.2023     539

Rusiyalı qastroenteroloq, tibb elmləri namizədi Sergey Vyalov yeməkdən dərhal sonra üzgüçülük zamanı qıcolmalar barədə xəbərdarlıq edib . O, yeməkdən sonra bir saat yarım-iki saat ərzində əzələlərə bu cür yüklərdən çəkinməyi məsləhət görüb.

Redaktor.az "Lenta.ru"ya istinadən xəbər verir ki, o, bu barədə "Sputnik" radiosuna müsahibəsində deyib.

Vyalov qeyd edib ki, diafraqma və qabırğaarası əzələlər tam mədə ilə aktiv şəkildə işləyirsə, insanda ürək yanması və ya gəyirmə baş verə bilər. Ancaq üzgüçülük prosesində birincisi fərq edilmirsə, ikincisi mütləq nəfəsinizi kəsəcəkdir.

Ürək yanması və gəyirmə eyni vaxtda baş verərsə, aritmiya hücumu və ya bronxospazm ola bilər ki, bu da insanı reanimasiyaya çatdıra bilər. Üstəlik, insan boğula bilər. Ona görə də yeməkdən sonra orqanizmə yeməyi həzm etmək üçün vaxt vermək mütləqdir”, - deyə o vurğulayıb.

Yusif  EYVAZLI