Bu qan qrupundan olanlar xərçəngə daha çox tutulurlar

 02:30 02.08.2023     579

Xərçəng xəstəliyindən heç kim sığortalanmayıb. Lakin bir qan qrupu var ki, onun daşıyıcıları daha çox təhlükəyə məruz qalırlar.

Redaktor.az lent.az-a istinadən bildirir ki, Karolina Universitetinin alimlərinin 25 il ərzində apardıqları tədqiqatlar göstərib ki, I qan qrupuna malik insanlar bu xəstəliyə daha çox tutulurlar.

Həkimlər I qan qrupuna malik insanların panikaya düşməməsini, lakin səhhətlərinə qarşı diqqətli olmalarını tövsiyə edir.

I Qan qrupuna malik insanlar əsasən qalın bağırsaq, II qan qrupuna malik insanlar mədə, III qan qrupuna malik insanlar mədəaltı vəz, IV qan qrupuna malik insanlar isə böyrək xərçəngindən əziyyət çəkirlər.