Ayaq ağrısı xərçəngin xəbərçisidir

 23:20 01.08.2023     446

Ayaq ağrısı ağciyər xərçənginin əlaməti ola bilər.

Redaktor.az "Haber Global"a istinadən xəbər verir ki, bununla bağlı  türkiyəli cərrah həkim Özkan Demirhan açıqlama verib. 

Cərrah söyləyib ki, ağciyər xərçəngi olan xəstələrdə damar tıxanmalarına tez-tez rast gəlinir:

"Xərçəng xəstələrinin qanında pozğunluqlar və laxtalanma meyli damarlarda laxtalanma səbəbiylə problemlər yarada bilər. Buna görə də ayaqlarda şişlik, ağrı kimi şikayətlər olur. Bu hal üçün vaxtında tədbirlər görülmədikdə, ağciyər emboliyasına səbəb ola bilər və həyati təhlükəylə nəticələnə bilər. Ona görə də vaxtında tədbir görülməlidir. Digər tərəfdən, ağciyər xərçəngi çox müxtəlif klinik simptomlara  malikdir. Ən çox görülən simptomlar öskürək, nəfəs darlığı və döş qəfəsində ağrıdır".

Humay İSGƏNDƏRLİ