İnsanda Vitamin C defisitinin dəhşətli fəsadları - Oksidativ stresə qarşı nə edək?

 01:41 04.08.2023     1201

 

Oksidativ stress - endotelial disfunksiyaya, qan dövranı pozulmalarına, hipertoniya və ürək əzələsinin zəifləməsinə səbəb olur!

Bir çox ürək-damar xəstəliklərinin səbəbi aterosklerozdur. Ateroskleroz sakit qatildir — xəstəliyin simptomları yarananda damarların artıq 2/3 tutulmuş olur. Aterosklerozun səbəbi endotelial disfunksiyadır, yəni damarların iç qatının funksional pozulması.

Bu, çoxfaktorlu prosesdir, lakin ən əsas səbəb azot oksidinin (N0) çatış¬mazlığıdır. Xroniki iltihabı olan pasiyentlər kardiovaskulyar xəstəlik¬lərə daha çox məruz qalırlar, çünki iltihab aterosklerozun əsas səbəbi olan oksidativ stresin (OS) törədicisidir. OS damarları zədələyərək autogen antioksidantların ifrat sərfıyyatına və vitamin C-nin xroniki çatızmazlığına gətirib çıxarır. Vitamin C sağlam damarların təminatıdır.

• Vitamin C oksidativ stresdən qoruyur

• Vitamin C azot oksidinin bioloji mənimsənilməsini yaxşılaşdırır

• Vitamin C lipid mübadiləsi üçün vacibdir

Eksperimental tədqiqatlar əsasında müəyyən olub ki, vitamin C-nin daim subklinik çatışmazlığı proaterogen (ateroskleroz yaratmaq) təsir göstərir: bu defisit lipid mübadiləsi və endotelial funksiyaya neqativ təsir edir. Vitamin C xolesterinin öd turşularına parçalanması və karnitin sintezi üçün vacib¬dir. Karnitinsiz uzunzəncirli yağ turşuları mitoxondrilərə daxil olmurlar. Beləliklə, vitamin C çatışmazlığı zamanı xolesterinin və aterogen lipoproteinlərin səviyyəsi yüksəlir. O endotelial funksiya üçün vacib¬dir, çünki azot oksidinin bioloji mənimsənilməsini yaxşılaşdırır; azot oksidinin əmələ gəlməsini dəstəkləyir və onu oksidləşmədən qoruyur .

Azot oksidinin defisiti

Vit C. Azot oksidinin mənimsənilməsini yaxşılaşdırır

Vit.C

hipovitaminozu

Dislipidemiya

Vit.C xolesterinin və uzunzəncirli

yağ turşularını parçalamaq üçün

vacibdir.

Oksidativ stress

Vit.C ən effektli

damardaxili

fiziloji

antioksidantdır

Vitamin C qıtlığı proaterogen təsirə malikdir.

Azot oksidinin molekulları damar divarlarına genişləndirici təsir göstərir, onu ateroskleroz və trombozdan qoruyur. Azot oksidi saya muskulaturanı boşaldır və orqanizm rahatlıqla nəfəs alır; qan dövranı yaxşılaşır, təzyiq düşür.

Bundan əlavə, azot oksidi immun hüceyrələrin damar divarlarına təsirinin qarşısın alır, bu isə saya əzələ hüceyrələrinin proliferasiyasını əngəlləyir və onların damar mənfəzinə miqrasiyasının qarşısını alır, trombositlərin aqreqasiyasını inhibə edir. Azot oksidi aterosklerotik dəyişikliklərdən və qanı laxtalanmanın yüksəlməsindən qoruyur. Oksidativ stress nəticəsində azot oksidinin bioloji mənimsənilməsi ciddi surətdə pozulur:

Beləliklə də azot oksidi çatışmazlığı zamanı endotelidən asılı fizioloji vazodilyatasiya baş vermir, hipertoniya yaranır. Framingham tədqiqatı orta yaşam müddəti baxımından arterial təzyiqin nə dərəcədə əhəmiy¬yətli olduğunu göstərir:

yuxarı təzyiqi 120-yə bərabər və ya aşağı olan pasiyentlər bu göstərici 140-a bərabər və ya yuxarı olan pasiyentlərdən orta hesabla 5 il artıq yaşayırlar. Endotelial disfunksiyanın və aterosklerozun inkişafının digər patofizioloji aspekti aşağı sıxlıqlı lipoproteidlərin oksidləşməsi ilə bağlıdır.

Vitamin C ən effektiv fizioloji damardaxili antioksidant kimi damarın daxili qişasını, lipidləri, həmçinin, azot oksidini oksidləşmədən qoruyur. NO-nun mənimsənilməsini yaxşılaşdırır;

Vitamin C-nin parenteral yeridilməsi digər bioloji antioksidantlardan fərqli olaraq bir çox pasiyentlərdə pozulmuş vazodilyatasiyanı tez bərpa edir. Alimlər əsas terapevtik potensialı ahıl yaşda görürlər. İri damarların yaşla əlaqəli elastikliyinin itirilməsi və ətrafların qan təchizatının pozulmasını kişi və qadınlarda vitamin C-nin parenteral qəbulu ilə azaltmaq olar.

Postklimakterik dövrdə estrogen defisitindən əziyyət çəkən qadınlarda daha cavan qadınlarla müqayisədə oksidativ stress markerləri daha yüksək olur, onlar ayaqlarda qan dövranının pozulmasından və damar keçiriciliyinin 40% azalmasından əziyyət çəkirlər. Bu qadınlarda vitamin C-nin parenteral qəbulu qan təchiza¬tını xeyli yaxşılaşdırdı. Kişilər də yaşla əlaqəli oksidativ stresə məruz qalırlar. Praktiki sağlam yaşlı kişilərdə cavanlarla müqayisədə aşağı ətraflarda damar keçiriciliyi və qan dövranı qadınlarda olduğu kimi azalır. Vitamin C-nin venadaxili infuziyası bu prosesi nəinki yaxşı¬laşdıra, hətta, tam bərpa edə bilər. Piylənmə və qan dövranının pozulması oksidativ streslə sıx əlaqəlidir.

Oksidativ streslə əlaqəli piylənmə qan dövranı pozulmasına səbəb olur, bu isə öz növbəsində fizioloji lipid və karbohidrat mübadiləsini pozur, hiperlipidemiya və insulinemiyaya gətirir. Eksperimental tədqiqatlara əsasən, ürəyin işemik xəstəliyindən əziyyət çəkən pasiyentlərə vitamin C-nin parenteral tətbiqi qan dövranının yaxşılaşmasına və ürək əzələsinin güclənməsinə səbəb olur. Vazodilyatasiya effektinin bərpası üçün plazmada vitamin C-nin yüksək səviyyəsi, deməli, parenteral yeridilməsi vacibdir.

Pozulmuş endotelial funksiyanı bərpa etmək üçün peroral qəbul kifayət etmir. Vitamin C-nin terapevtik potensialına piy mübadiləsinin və endotelial funksiyanın qorunması daxildir. Üçillik tədqiqat vitamin C-nin damarlar üçün olan əhəmiyyətini bir daha təsdiq edir. Vitamin C ilə zəngin qida aterosklerozun qarşısını alır. Vitamin C-nin səviyyəsi nə qədər aşağı olarsa, intima media-nın qalınlığı o qədər çox, periferik qan dövranı o qədər pis və QT-intervalı o qədər uzun olacaq.

KARDIOVASKULYAR XƏSTƏLİKLƏR

Oksidativ stress - endotelial disfunksiyaya, qan dövranı pozulmalarına, hipertoniya və ürək əzələsinin zəifləməsinə səbəb olur

Vitamin C-nin parenteral qəbulu endotelial funksiyanı bərpa edir, qan dövranını və ürək əzələsinin işini yaxşılaşdırır

Vitamin C azot oksidinin bioloji mənimsənilməsini yaxşılaşdırır

Vitamin C maddələr mübadiləsini dəstəkləyir

Pascorbin® hansı hallarda göstərişdir?

 

• İnfeksion xəstəliklər

• Cərrahi əməliyyatlardan sonra

• Ağır travmalar (sümük sınıqları və gec sağalan yaralar)

• Müxtəlif dərəcəli yanıqlar

• Onkoloji xəstəliklər

• Müxtəlif intoksikasiyalar (xüsusən də zəhərlənmələr)

• Alkoqol və infeksiya mənşəli deliriya

• Psixi pozulmalar

• Addison xəstəliyi

• Allergik və iltihabi dəri xəstəlikləri

• Revmatik xəstəliklər

• Müxtəlif distrofiyalar

• Kardiovaskulyar xəstəliklər (medicina.az).