Burun qanamaları bu xəstəliklərin əlaməti ola BİLƏR

 20:15 04.08.2023     506

Burun qanaxmaları müəyyən tibbi şərtlər də daxil olmaqla müxtəlif səbəblərdən baş verə bilər. Xüsusilə, bunu hepatit və qaraciyər sirrozu ilə müşahidə etmək olar.

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə "Doctis" teletibb xidmətinin terapevti Natalya Vinarskaya bildirib.

Onun fikrincə, burun qanamasının səbəbi qanın laxtalanmasına təsir edən xəstəliklər ola bilər. Bunlar, xüsusən, hemofiliya və trombositopeniyadır. Bununla belə, qaraciyər bəzi laxtalanma faktorlarının istehsalında da mühüm rol oynayır. Müvafiq olaraq, sirroz və hepatit kimi xəstəliklər də buna səbəb ola bilər.

Həkim qeyd edib ki, burun qanaması hipertoniya fonunda da baş verə bilər.

Yusif EYVAZLI