Gündə bir stəkan şərab içməyin FAYDALARI

 21:49 04.08.2023     534

Bir stəkan şərab stressi azaltmağa və ürək sağlamlığını qorumağa kömək edir

Redaktor.az “Lenta.ru”ya istinadla xəbər verir ki, bu barədə dietoloq Sarah Garone deyib.

Həkim qeyd edib ki, şərabın orqanizmə təsiri birbaşa istehlak edilən spirtin miqdarından asılıdır. 

Onun sözlərinə görə, qadınlar üçün gündə bir stəkan, kişilər üçün isə iki stəkan nisbətən təhlükəsiz sayılır. Eyni zamanda, gündəlik içmək, hətta orta miqdarda olsa da, tədricən bədənin alkoqol tolerantlığını artırır, yəni beyindəki reseptorlar təsirlərə uyğunlaşır və buna nail olmaq üçün dozanı artırmaq lazımdır.

Yusif  EYVAZLI