Uzun müddət stressli olmağın FƏSADLARI

 20:57 07.08.2023     667

Daimi stress orqanizmin tükənməsinə və xəstəliyə gətirib çıxarır. 

Redaktor.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu sözləri “Moskvaya” müsahibəsində nevroloq Natalya Şindryaeva bildirib.

O, izah edib ki, stress zamanı böyrəküstü vəzilər immun sistemini stimullaşdıran adrenalin hormonu istehsal edir. Stress uzun müddət davam edərsə, ürək-damar sistemi əziyyət çəkməyə başlayır. Təzyiq yüksəlir və damar tonusu pisləşir.

“Artıq çəkiyə və diabetə meylli insanlarda adrenalin ifrazı fəsadlara səbəb olur ",- deyə Şindryaeva yekunlaşdırıb. 

Yusif EYVAZLI