Bu qidalar yaddaşı GÜCLƏNDİRİR

 22:50 07.08.2023     896

Balıq, dəniz məhsulları və qoz-fındıqların müntəzəm istehlakı beyin fəaliyyətini yaxşılaşdıracaq və idrak qabiliyyətlərini dəstəkləyəcək. 

Redaktor.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə dietoloq Natalya Kostenko və “Biogena” klinikasının qidalanma mütəxəssisi Tatyana Semenova bildirib.

Araşdırmalara toxunan Kostenko bildirib ki, beynin daha səmərəli işləməsinə kömək etməyin ən yaxşı yolu pəhrizdən zərərli yağları çıxarmaq və onu bitki mənşəli qidalarla əvəzləməkdir. İlk növbədə, o, daha çox taxıl və paxlalı bitkilər, xüsusən də düyü, yulaf əzməsi, noxud və qırmızı lobya yeməyi tövsiyə edib.

Yusif EYVAZLI