Qaraciyər xəstəliklərində qadağan olunan qidalar

 03:32 09.08.2023     451

Məlumdur ki, qaraciyər çatışmazlığından əziyyət çəkənlər və ya qaraciyərində hər hansı problemi olanlara müəyyən qidalardan uzaq durmaq məsləhət görülür. Bir çox həkim bu tip xəstələrə məhz yağlı, duzlu, qızarmış və acı qidalardan uzaq durmağı məsləhət görür.

Redaktor.az medicina.az-a istinadla xəbər verir ki, araşdırmalar göstərir ki yalnız bu qidalarla qaraciyərin vəziyyətini tam olaraq yaxşılaşdırmaq olmaz.

Aşağıdakı qidalar da qaraciyər sağlamlığına ciddi ziyan vuran qidalardır.

  • Konservləşdirilmiş qidalar;
  • Hisə verilmiş qidalar;
  • Kolbasa və sosislər;
  • Marinə edilmiş qidalar;
  • Şəkərli və marqarin tərkibli qidalar;
  • Qazlı və spirtli içkilər.