Kompüterdə çox işləməyin əsas TƏHLÜKƏSİ

 23:04 08.08.2023     297

Kompüterdə uzun müddət işləyərkən əsas təhlükə trombozdur. 

Redaktor.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə tibb elmləri doktoru Dmitri Berezovski məlumat verib.

Həkim izah edib ki, uzun müddət oturanda qan damarları sıxılır və bu da öz növbəsində qan axını ləngidir və qan laxtalanma riskini artırır. Bu problemlə kompüterdə işləmək və ya oynamaq üçün çox vaxt sərf edənlər, eləcə də tez-tez təyyarə ilə uçan səyahətçilər qarşılaşırlar.

Yusif EYVAZLI