"Heç bir mütəxəssis dişin vəziyyətini gözlə müəyyən edə bilməz"

 18:03 09.08.2023     264

Diş həkimi rentgen təklif etmirsə, başqasına müraciət etmək lazımdır.

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bununla bağlı rusiyalı stomatoloq Diana Levçuk açıqlama verib.

O, deyib ki, stomatologiyada yüksək keyfiyyətli diaqnostika əsas rol oynayır:

"Heç bir mütəxəssis dişin vəziyyətini gözlə müəyyən edə və onun daxilində hansı proseslərin baş verdiyini başa düşə bilməz. Müalicəyə başlamazdan əvvəl rentgen müayinəsi aparılmalıdır. Həkimin müalicəsinin düzgünlüyünə əmin olmaq üçün müalicənin sonunda rentgen çəkilişlərini tələb edə bilərik".

Humay İSGƏNDƏRLİ