Ağız qoxusunun əsas SƏBƏBİ

 22:01 10.08.2023     342

Ağız qoxusunun əsas səbəbi bakteriyalardır.

Redaktor.az "Lenta.ru" ya istinadla xəbər verir ki, bu barədə Ortodont Mariya Malaxova danışıb.

Həkimin sözlərinə görə, dişlərə gündəlik qulluq zamanı zəif təmizlənən və ya ağız boşluğunda çətin əldə edilən yerlər bakteriyalar üçün çoxalma meydanına çevrilir. 

"Ağız qoxusunun başqa bir səbəbi çürük və ya pulpit olan pis dişlər ola bilər. Bakteriyalar da bu xəstəliklər nəticəsində yaranan boşluqlarda toplanır və ağız qoxusu yaranır", - deyə o vurğulayıb.

Yusif EYVAZLI