Həftədə idman üçün ideal saat sayı nə qədər OLMALIDIR?

 20:35 12.08.2023     372

Dövlət Təhsil Universitetinin Bədən Tərbiyəsi fakültəsinin dekanı İrina Kulişenko həftədə idman üçün ideal saatların sayını açıqlayıb. 

Bu barədə Redaktor.az "Lenta.ru"ya istinadən xəbər verir.

Ekspert bildirib ki, həftəlik fiziki fəaliyyət beş-yeddi saat olmalıdır. O əlavə edib ki, məşqlərə bədənin tənəffüs və ürək-damar sistemlərini inkişaf etdirmək və saxlamaq üçün məşqlər, həmçinin əsas əzələ qruplarını saxlamaq üçün güc məşqləri daxil edilməlidir.

Kulişenko vurğulayıb ki, fəaliyyət səviyyəsi sağlamlıq vəziyyəti nəzərə alınmaqla seçilməlidir.

Yusif EYVAZLI