Həkim diabetin ilkin əlamətlərini açıqladı

 10:00 14.08.2023     295

Daimi aclıq hissi şəkərli diabetin ilkin əlaməti ola bilər. 

Redaktor.az "lent.ru"ya istinadən xəbər verir ki, bunu rusiyalı endokrinoloq, dietoloq Elvina Binatova deyib.

Həkim bildirib ki, abetin inkişafının erkən mərhələlərində hüceyrə aclığı ilə əlaqəli bədən çəkisinin sürətlə azalması mümkündür:

"Kifayət qədər qlükoza tədarükü olmaması ilə hüceyrə aclığı və zülalların parçalanması baş verir, mərkəzi sinir sistemi təsirlənir. Daimi ağız quruluğu və susuzluq da xəstəliyin inkişafının ilkin əlaməti ola bilər. Bu, qanda qlükoza səviyyəsinin artması ilə əlaqədardır ki, bu da susuzluq mərkəzinin qıcıqlanmasına gətirib çıxarır. Xəstəliyin inkişafını gündəlik sidik miqdarının artması və maye qəbulunun artması, halsızlıq və yuxululuq, yaraların zəif sağalması ilə müşahidə etmk olar".

Humay İSGƏNDƏRLİ