Çayı isti içmənin gözlənilməz ZƏRƏRLƏRİ

 21:18 14.08.2023     328

Əgər tez-tez çox isti çay içsəniz, bir neçə onkoloji xəstəlik inkişaf edə bilər. 

Redaktor.az "Lenta.ru"ya istinadla xəbər verir ki, bu sözləri cərrah Alexander Umnov "NEWS.ru"ya müsahibəsində deyib.

Umnovun sözlərinə görə, isti yemək üçün optimal temperatur 50-60 dərəcədir və çox isti yemək qırtlaq və yemək borusu xərçəngi yarada bilər. 

“Həddindən artıq isti yemək və ya içki qəbul etdikdə selikli qişanın zədələnməsi ilə epitelial displaziya baş verir. Gündəlik 70 dərəcə və yuxarı temperaturda çay istehlakı qırtlaq xərçənginin inkişaf riskini iki dəfə, qida borusu xərçəngini isə səkkiz dəfə artırır”, - deyə həkim xəbərdarlıq edib.

Cərrah vurğulayıb ki, çayın hərarətinin bir qədər azalması belə xərçəngə tutulma riskini yarıya qədər azaldır.

Yusif EYVAZLI