Dietoloq ağ çörəyin beyin sağlamlığı üçün zərərlərini açıqladı

 13:04 15.08.2023     395

Rusiyalı dietoloq Yelena Solomatina ağ çörəyin sağlamlıq üçün potensial təhlükələrindən danışıb.

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, dieotoloqun sözlərinə görə ağ çörəyin tərkibində beyin sağlamlığına mənfi təsir göstərən trans yağlar var.

O bildirib ki, çörəyin tərkibini diqqətlə öyrənməli, tərkibində trans yağlar və marqarin olanlardan çəkinməliyik:

"Bundan əlavə, ağ çörəyin tərkibində şəkər var, onun həddindən artıq miqdarı qanda ciddi sağlamlıq problemlərinə, o cümlədən qlükoza və insulinlə bağlı problemlərə səbəb ola bilər. Beynin və bütövlükdə orqanizmin sağlamlığını qorumaq üçün ağ çörək əvəzinə tam taxıllı undan hazırlanmış, sağlam liflərlə zəngin, tərkibində zərərli trans yağları və marqarin olmayan çörəyi seçmək daha yaxşıdır".

Humay İSGƏNDƏRLİ