Böyrək daşı riskini artıran gündəlik qidalar

 00:33 16.08.2023     281

Alimlər pəhrizdə şəkər əlavə edilən çoxlu qidaların böyrək daşlarının əmələ gəlməsi riskini əhəmiyyətli dərəcədə artırdığını müəyyən ediblər. Bu komponent supermarketlərdə, kafelərdə və restoranlarda davamlı olaraq aldığımız demək olar ki, bütün işlənmiş qida və içkilərdə olur.

Redaktor.az lent.az-a istinadən bildirir ki, əlavə edilmiş şəkər təkcə şirniyyatda, xəmirdə, dondurmada deyil, sodada və hətta çörəkdə də olur.

Həmçinin bütün hisə verilmiş ətlərdə, konservlərdə rastlaşmaq olar. Mütəxəssislər 28 mindən çox insanın sağlamlıq məlumatlarını təhlil ediblər. İştirakçılar həmçinin böyrək daşları və urolitiyaz üçün yoxlanılıb. Eyni zamanda, onların son 24 saat ərzində qida rasionu qiymətləndirilib və şərbət, bal, fruktoza yaxud saf şəkər yedikləri ilə maraqlanıblar. Tədqiqatın ikinci mərhələsi üç gün sonra aparılıb və könüllülər öz qidalanmaları ilə bağlı sualları yenidən cavablandırıblar.

Alimlər bədən kütləsi indeksinə, cinsinə, yaşına, gəlirinə, qidalanma keyfiyyətinə, pis vərdişlərə və xroniki xəstəliklərə (məsələn, şəkərli diabet) görə düzəlişlər ediblər. Müəyyən olunub ki, iştirakçılar nə qədər çox şəkər əlavə edərsə, böyrək daşlarının əmələ gəlməsi ehtimalı bir o qədər çox olar.