Səbəbsiz arıqlamaq xərçəngin əlamətlərindən biridir

 11:21 16.08.2023     354

Səbəbsiz arıqlamaq inkişaf etmiş xərçənglə əlaqələdir.

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu onkoloq Anton İvanov deyib.

“Əgər sizdə iştah, ürəkbulanma, qusma, yeməkdən ikrah hissi, şişkinlik varsa, bunlar xərçəngin “səssiz” təzahürləri ola bilər. Gizli simptomlara apatiya və zəiflik də daxildir. Əlbəttə ki, bu hisslər digər xəstəliklərlə də baş verə bilər, lakin onlar sizi uzun müddət müşayiət edərlərsə, həkimə müraciət etməlisiniz, çünki bunlar onkoloji xəstəliyin mümkün əlamətləridir",- deyə onkoloq Anton İvanov söyləyib.

Humay İSGƏNDƏRLİ