Tüpürcəyin dadında dəyişiklik bu xəstəliklərin XƏBƏRÇİSİDİR

 19:56 16.08.2023     475

Tüpürcəyin dadında və rəngində dəyişiklik diabet, böyrək və qaraciyər patologiyaları kimi ciddi xəstəlikləri göstərə bilər. 

Redaktor.az "Lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə qastroenteroloq Brooke Glessing "HuffPost"a müsahibəsində deyib.

Həkimin sözlərinə görə, sağlam insanda tüpürcək adətən rəng və dad vermir. Lakin hormonal balans dəyişdikdə, məsələn, hamiləlik zamanı ağızda metal dadı yarana bilər. Həmçinin qidalar, dərmanlar, diş və diş əti xəstəlikləri səbəbindən tüpürcəyin rəngi və dadı dəyişir.

"Ağızda şirin bir dad şəkərli diabetin, yoluxucu xəstəliklərin, həmçinin əvvəlki COVID-19 və ya insult nəticəsində sinir sisteminin zədələnməsinin əlaməti ola bilər", - deyə Glessing vurğuladı.

Yusif EYVAZLI