Kardio məşqləri xərçəng riskini 40 faiz AZALDIR

 22:10 16.08.2023     307

Göteborq Universitetinin İsveç alimlərindən ibarət qrup müəyyən edib ki, müntəzəm kardio məşqləri gələcəkdə doqquz növ xərçəngə tutulma riskini 40 faiz (ən azı kişilərdə) azalda bilər. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, araşdırmanın nəticələri British Journal of Sports Medicine jurnalında dərc olunub.

Müəlliflər 16-25 yaş arası bir milyondan çox çağırışçının məlumatlarını təhlil ediblər. İştirakçılar boy, çəki, qan təzyiqi, əzələ gücü və aerobik fitness səviyyəsinin ölçülməsi daxil olmaqla tibbi müayinədən keçiblər. Təxminən 365.000 şəxsin aerobik hazırlığı aşağı səviyyədə, 519 min şəxsin orta səviyyədə, 340 min şəxsin yüksək səviyyəyədə olub. Daha sonra 84.000 insanı (yeddi faiz) 33 illik təqib zamanı yalnız bir xərçəng növü aşkar edilib.

Yusif EYVAZLI