Həkim əllərin və ayaqların uyuşmasının əsas səbəblərini AÇIQLADI

 13:35 17.08.2023     480

Əllərin uyuşması onurğa problemlərinin əlaməti ola bilər.

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bu sözləri rusiyalı nevroloq Zamirə Bekmurzayeva deyib.

Nevroloq bildirib ki, üst və alt ekstremitələrin uyuşma hissi bir sıra müxtəlif xəstəliklərin mövcudluğunu göstərə bilər.

“Əgər əlləriniz uyuşursa, onurğada problem axtarmaq lazımdır. Ayaqlar uyuşursa, patoloji proses aşağı torakalda ola bilər. Ən çox belə hallarda söhbət fəqərəarası yırtıqdan gedir. Bu narahatlıqlar bəzi dərmanlar - antibiotiklər və sitostatiklər qəbul edərkən, həmçinin kimyaterapiya zamanı da müşahidə oluna bilər ",- deyə Bekmurzayeva bildirib.

Humay İSGƏNDƏRLİ