Həkim genetik meyllə xərçəng arasındakı əlaqədən danışdı

 10:52 18.08.2023     402

Xərçəng müasir dünyada ən təhlükəli və geniş yayılmış xəstəliklərdən birinə çevrilib. Bir çox insan bu xəstəlikdən qorxur, xüsusən də qohumlarına xərçəng diaqnoz qoyulubsa daha çox qorxurlar.

Redaktor.az "izvestiya"ya istinadən xəbər verir ki, rusiyalı onokoloq Anastasiya Maryenko  xərçəngin həqiqətən irsi ola biləcəyini və təhlükənin qarşısını almağın mümkün olub-olmadığı haqqında danışıb.

Onkoloq deyib ki, xərçəngin inkişafının əsas səbəbi yaşla birlikdə hüceyrələrdə toplanan genetik mutasiyalardır:

"Xərçənglərin əksəriyyəti müxtəlif amillərin səbəb olduğu təsadüfi genetik mutasiyalar nəticəsində inkişaf edir. İrsi xərçəng müəyyən gen mutasiyalarının nəsildən-nəslə ötürüldüyü və bədxassəli bir şişin inkişaf şansını artırdığı bir vəziyyətdir. Bəli, irsiyyətlə birbaşa əlaqəli olan ayrıca onkoloji xəstəliklər qrupu var, lakin bu, bütün halların yalnız 5-10%-ni təşkil edir. Müasir analizlər insanın xərçəngin irsi formalarına meylini aşkar etməyə imkan verir. Həkimlər bütün xəstəliklərin ailə tarixini toplayır və genetik analiz aparırlar. Bu, xərçəngin inkişafına meylli ola biləcək mutasiyaların mövcudluğunu müəyyən etməyə imkan verir".

Humay İSGƏNDƏRLİ