Mütəxəssis pivədə faydalı vitaminlərin adlarını AÇIQLADI

 20:41 18.08.2023     331

Səməni arpasından hazırlanan içkinin tərkibində B, A, E vitaminləri, polifenollar və bəzi minerallar var.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Taxılın Keyfiyyətinin Qiymətləndirilməsi Mərkəzinin laboratoriya mütəxəssisi Olqa Şnitzer bildirib.

Mütəxəssisin fikrincə, bu, köpüklü içkini dəri və saç baxımı üçün faydalı məhsula çevirir. 

“Pivə saçları sıx, parlaq, follikulları gücləndirməyə kömək edir. Hətta saç düzümü məhsulları əvəzinə içkidən istifadə edə bilərsiniz. Pivə əsasında hazırlanan sənaye saç məhsulları da var ", - deyə mütəxəssis qeyd edib.

Şnitzer əlavə edib ki, pivəni dəri və dırnaqlara qulluq vasitəsi kimi istifadə etmək olar.

Yusif EYVAZLI