Sağlamlığa zərər vermədən arıqlamağın YOLLARI

 23:59 18.08.2023     395

Arıqlayanda edə biləcəyimiz ən pis şey ac qalmaqdır.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə teleaparıcı Aleksandr Myasnikov "Rusiya 1" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, yeməkdən imtina sağlamlıq problemlərinə, xüsusən əsəbilik, yaddaşın pozulması və yuxu pozğunluğuna səbəb ola bilər.

"Arıqlamaq istəyənlərə mütəmadi olaraq idman etməyi və düzgün qidalanmağı tövsiyə edirəm .Pəhrizə daxil edilməli olan qidalar arasında tərəvəz, meyvə, balıq, toyuq, hinduşka, qoz-fındıq, sarımsaq və badam olmalıdır",- deyə Myasnikov qeyd edib.

Yusif EYVAZLI