Arıqlamağa kömək edən vitaminlərlə zəngin məhsul

 02:45 25.08.2023     366

Arıqlamaq istəyənlər gündəlik qida rasionuna pomidor əlavə etməlidirlər.

Redaktor.az lent.az-a istinadən bildirir ki, bunu dietoloq İqor Strokov deyib.

Onun sözlərinə görə, pomidorun 100 qramında cəmi 21 kalori var.

Bundan əlavə, onun tərkibində çoxlu kalium var ki, bu da detoksifikasiya xüsusuiyyətinə malikdir.

Pomidor həmçinin orqanizmdə suyun balanslaşdırılmasına və artıq sidik turşusunu daha asan emal etməyə kömək edir və  tərkibindəki çoxlu miqdarda mineral və vitamin maddələr mübadiləsini sürətləndirir və immunitet sistemini gücləndirir.

Həkimin sözlərinə görə, pomidor həm də dərinin vəziyyətini yaxşılaşdırır.

Tərkibində ultrabənövşəyi şüalardan qoruyan likopen var.

Bundan əlavə, pomidor dərinin qocalmasını və qırışların qarşısını ləngidir.

Eyni zamanda pomidorun tərkibində olan likopen prostat vəzi və döş xərçəngi riskini azaldır.