Bu şəxslər qarpız yeməməlidir

 09:41 25.08.2023     529

Qarpız böyrək və diabet xəstələri üçün zərərlidir.

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu rusiyalı həkim Tatyana Taradeva deyib.

Həkim bildirib ki, qarpızın ən mühüm faydası tərkibindəki suyun yüksək olmasıdır:

"Bundan əlavə, qarpız yüksək glisemik indeksə malikdir, yəni qana kifayət qədər tez daxil olan şəkərdir. Buna görə də şəkərli diabet xəstələri üçün qarpızın qida rasionundan xaric edilməsi tövsiyə olunur. Digər mümkün risklər qarpızın sidikqovucu təsiri ilə əlaqədardır ki, bu da böyrəklərə əlavə yük yaradır, ona görə də sidik sistemi xəstəlikləri olan insanlara qarpız yemək tövsiyə olunmur".

Humay İSGƏNDƏRLİ