Bədəni nikotindən təmizləyən qidalar

 10:28 28.08.2023     628

Rusiyalı dietoloq Mariya Kapralova orqanizmi nikotindən təmizləməyə kömək edən məhsulları açıqlayıb.

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, nar, limon, portağal və brokoli bədənin nikotindən təmizlənməsi üçün çox faydalıdır.

Mütəxəssisin sözlərinə görə, nar sərxoşedici maddələrlə mübarizədə ən yaxşı vasitə hesab olunur:

"Siqaret çəkən sitrus meyvələri və zəncəfili tez-tez istifadə etməlidir. Belə ki, limon və portağal maddələr mübadiləsini sürətləndirir, nəticədə niktoin bədəndən daha tez çıxır. Siqaret çəkənlər üçün faydalı olan məhsullar sırasına brokoli də var. Brokoli ifrazat və metabolik prosesləri tənzimləyir".

Humay İSGƏNDƏRLİ