Ağıllı saatların qayışlarında təhlükəli mikroblar OLA BİLƏR

 20:24 28.08.2023     293

Ağıllı saatların qayışlarında təhlükəli mikroblar və bakteriyalar ola bilər. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə "CNET" məlumat yayıb.

Beynəlxalq alimlər qrupu smart saatların qayışlarının səthində hansı bakteriyaların ola biləcəyini açıqlayıb.

Mütəxəssislər 20 təsadüfi geyilən aksesuar istifadəçisindən aldıqları qayışları laboratoriyada sınaqdan keçiriblər. Qolbaqlar plastik, silikon, dəri, metal və parça olub. Məlum olub ki, 85 faiz hallarda qayışlarda mikroblar var.

Sonda alimlər qeyd ediblər ki, ağıllı saatlar mütəmadi olaraq dezinfeksiyaedici sprey və ya tərkibində etanol olan nəm salfetlərlə təmizlənməlidir.

Yusif EYVAZLI