Depressiya və artan narahatlıq xərçəngə səbəb olur?

 02:30 31.08.2023     353

Mütəxəssislər depressiya və artan narahatlıqla bağlı yanlış fikirləri açıqlayıb.

Qeyd edək ki, tədqiqat zamanı tədqiqatçılar depressiyadan əziyyət çəkən insanlarda ağciyər xərçənginə tutulma riskinin 6% artdığını və narahatlıq səviyyəsinin yüksəldiyini qeyd ediblər.

Redaktor.az lent.az-a istinadən bildirir ki, depressiya və artan narahatlıq səviyyəsinin xərçənglə əlaqəli olmadığı məlum olub.

Bir qrup mütəxəssis xərçəng, depressiya və narahatlıq arasında əlaqəni araşdıran bir neçə tədqiqatı nəzərdən keçiriblər. Alimlər depressiya, narahatlıq və müxtəlif xərçəng növlərinin heç bir şəkildə əlaqəli olmadığı qənaətinə gəliblər.