Bu cür qidalanmaq immunitetinizi zəiflədəcək
Bütün dünyada yayılan koronavirus infeksiyası ilə mübarizədə ilk ediləcək amil immuniteti güclü saxlamaqdır.
Redaktor.az axşam.az-a istinadən bildirir ki, virusa yoluxmamaq üçün qoyulan qaydalara əməl etməklə yanaşı, orqanizmi də sağlam saxlamaq mütləqdir.
Bəs görəsən, hansı qidalanma üsulu immuniteti aşağı salır?
Səhər yeməyini yeməmək
Günlük enerji və proteyn ehtiyacını tamamlamaq üçün səhər yeməyi mütləqdir. Səhər yeməyi yeməyib, günorta çox qidalanmaq qanda şəkər miqdarını artıra, orqanizmi zəiflədə bilər. Mütləq yumurta yeyin. Orqanizminizi dəmir və A vitamini ilə təmin edəcək. Yanında C vitamini tərkibli göyərti, bibər, portağal da istifadə etməlisiniz.
Günortaya çatmamış qidalanmamaq
Səhər saat 8-də yedikdən sonra saat 11-12 arası aclıq hiss edirsiniz. Bu zaman meyvə, yoğurt, süd, kefir, meyvə, çərəz yeyə bilərsiniz.
Gündə bir dəfə yemək
Günün hər saatında qidalanmaq orqanizmə müxtəlif vitaminlər qazandırır. Gündə bir dəfə yemək isə orqanizmi zəiflədir, yediyiniz vitaminlərin boşa getməsinə səbəb olur. Ona görə də az-az və vaxtında qidalanmaq mütləqdir. Günorta çalışın toyuq, ət, balıq və tərəvəzlər yeyin.
Az və isti su içmək
Ola bilər ki, soyuq su boğazınızı ağrıdır. Bədəndəki zəhərlərin çıxması, metobalizmin yaxşı olması üçün sərin su mütləqdir.
Çox turş yemək
Qatıq, kefir və evdə hazırlanan turş ağartı məhsulları bağırsaq üçün ziyandır. Bunları qədərində yemək lazımdır. Çalışın banan, cəfəri, kətan toxumu, alma, soğan sarımsaq yeyin.
Çox xəmir yeməkləri və şirniyyatlar yemək
Tərkibində çox karbohidrat olan qidalar sizi həm kökəldəcək, həm də immuniteti aşağı salacaq. Eyni zamanda toxluq hissini çox saxlamır.
C vitaminini az və ya şox istifadə etmək
İnfeksiyalardan qorunmaq üçün C vitamini önəmlidir. Amma onu da qədərində qəbul etmək lazımdır. Ondan çox istifadə etmək böyrək daşı yarada bilər.