Yaşıl pomidorun sağlamlıq üçün təhlükələri açıqlandı

 09:39 06.09.2023     286

Yaşıl pomidorlar sağlamlıq üçün təhlükəlidir.

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu rusiyalı aqronom Vladimir Vikulov deyib.

O bildirib ki, yetişməmiş yaşıl pomidorların tərkibində solanin alkaloidi olduğu üçün o zəhərlidir və müəyyən konsentrasiyada orqanizmə zərər verə bilər:

"Yaşlılar bu pomidoru istifadə edərsə, həzm pozğunluğuna səbəb ola bilər. Yaşıl pomidorlardan turşu bağlanıla və ya yemək bişirilə bilər. Bu zaman solanin alkaloidi onun tərkibində çox azalır. Bu da zəhərlənməyə gətirib çıxarmır".

Humay İSGƏNDƏRLİ